“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirib.

“Qırmızı-şeytanlar” Uruqvayın “Penyarol” klubundan Fakundo Pellistrini transfer edib. 18 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı “Mançester Yunayted”in bu transfer üçün qarşı tərəfə 8,5 milyon avro ödədiyini bildirir.